ABŞ süni intellekt üçün yol xəritəsini açıqladı: 3 pilot layihədə istifadə olunacaq
10:11 19.03.2024
Dünya
460
Süni intellekt hər gün həyatın bir hissəsi olmağa davam edir. ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) AB-nin süni intellekt qanununu qəbul etməsindən sonra dünən verdiyi açıqlamada 2024-cü il üçün "süni intellekt yol xəritəsi"ni açıqladı. ABŞ təhlükəsizlik, narkotiklərlə mübarizə, qeyri-qanuni miqrasiya və uşaq istismarını əhatə edən üç yeni pilot layihədə süni intellektdən istifadə edəcəyini açıqlayıb.
Sherg.az xəbər verir ki, DHS, süni intellektin istifadəsi üçün yeni bir yol xəritəsi çəkdiklərini və üç yeni pilot layihə ilə istifadəsinin müəyyən sahələrdə fəaliyyət göstərəcəyinə diqqət çəkdi. "Pilot layihələr çərçivəsində Təhlükəsizlik Araşdırmaları (HSI) fentanilin aşkar edilməsinə və uşaqların cinsi istismarına qarşı mübarizə ilə bağlı araşdırmaların səmərəliliyinin artırılmasına yönəlmiş istintaq proseslərini təkmilləşdirmək üçün süni intellekti sınaqdan keçirəcək", - DHS bildirib.
Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) riskləri minimuma endirmək, təhlükələrin azaldılmasını planlaşdırmaq və inkişaf etdirmək üçün süni intellektdən istifadə edəcək. Bundan əlavə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) immiqrasiya məmurlarının təlimini təkmilləşdirmək üçün süni intellektdən istifadə edəcək.
Fərqli dövlət qurumlarında tətbiqi gözlənilən süni intellekt sistemlərinin ilk olaraq uşaq istismarı və narkotik araşdırmaları, təbii fəlakətlər və fövqəladə hallarda ünsiyyət, immiqrasiya xidmətlərində istifadə ediləcəyi bildirilib. DHS, 2023-cü ildə Nazirlik nəzdində yaradılan 'Süni İntellekt İş Qrupu'nun koordinasiyası ilə süni intellektlə inkişaf etdirməyi hədəflədiyi tətbiqləri həyata keçirəcəyini bildirdi.
Avropa İttifaqı Parlamenti martın 13-də süni intellekt qanununu səsə qoyaraq qəbul edib. Qanuna süni intellektlə bağlı bəzi tədbirlər, o cümlədən biometrik identifikasiya sistemlərinin istifadəsinə məhdudiyyətlər daxildir. Bildirilib ki, qanunla vətəndaşların hüquqlarına təhlükə yaradan süni intellekt proqramları, o cümlədən həssas xüsusiyyətlər əsasında biometrik kateqoriyalara ayırma sistemləri və sifətin tanınması məlumat bazaları yaratmaq üçün internetdən üz təsvirlərinin və ya təhlükəsizlik kamerası görüntülərinin məqsədsiz toplanması qadağan edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya