ABŞ və İran yenidən qarşılıqlı zərbələr endirib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hava zərbələrinin başa çatdığını açıqlayıb.

Sherg.az xəbər verir ki, məlumata görə, hücumlar İranın hərbi komanda mərkəzlərini, raket və PUA buraxılış məntəqələrini, eləcə də hava hücumundan müdafiə sistemlərini hədəf alıb.

İran isə cavab olaraq Küveytdə yerləşən üç ABŞ hərbi bazasına kamikadze pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirib. SEPAH həmçinin Bəhreyndə ABŞ-a məxsus radiolokasiya stansiyasının və Patriot hava hücumundan müdafiə sisteminin vurulduğunu iddia edib.

Bununla yanaşı, İranın dövlət xəbər agentliyi IRNA Hörmüz boğazında iki neft tankerinin minalara düşərək alovlandığını açıqlayıb.