ABŞ və özəl şirkətlər sayəsində Kiyevin peyk görüntülərinə çıxışı genişlənib

Ukraynanın peyk görüntülərinə çıxışı son bir il ərzində ABŞ hökuməti və özəl şirkətlərin təqdim etdiyi məlumatlar hesabına əhəmiyyətli dərəcədə genişlənib.

Sherg.az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Nəşrin məlumatına görə, Vantor şirkəti bir neçə ildir Ukrayna ilə əməkdaşlıq edir. Şirkət yaxın zamanda daha 6 peyki orbitə çıxararaq ümumi peyk sayını 10-a çatdırıb.

Bu peyklər hər gün Yer səthinin 7 milyon kvadratkilometrədək ərazisini müşahidə edə bilir. Bu isə Ukraynadakı döyüş zonasının dəfələrlə izlənilməsi üçün kifayətdir.

Peyklər eyni ərazinin görüntüsünü sutka ərzində 15 dəfəyədək əldə edə bilir. Bu imkan hərbçilərə ərazidə baş verən kiçik dəyişiklikləri operativ şəkildə izləməyə kömək edir.