Avropa İttifaqı sahibi olduğu “X” platformasının cərimələnməsinə qarşı çıxan İlon Maska cavab verib.
APA xəbər verir ki, blok platformanın qanuna uyğun əməl etmədiyini təkrarlayıb.
“İcazə verin deyim ki, tamamilə sərsəmcəsinə söylənilən bəyanatları paylaşmaq da söz azadlığının bir hissəsidir”, - Aİ sözçüsü Paula Pinho bildirib.
Qeyd edək ki, bundan əvvəl Aİ “X” şirkətini 120 milyon avro məbləğində cərimələyib, bu hərəkət isə İlon Maskın kəskin etirazına səbəb olub. Mask hətta Avropa İttifaqının ləğv edilməsinə çağırış da edib.