
Aqil Ələsgər: FETÖ təhlükəsinin ortadan qalxdığını düşünənlər axmaqlardır
Yusif Nəzərli
01:12 30.12.2023
Dünya
539
Əməliyyatların davamlı olması zəruridir
Söhbət Türkiyənin son 50 ilində hörümçək toru quran, dövlətin bütün qurumlarına sızan bir agentura şəbəkəsindən gedir
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib ki, Türkiyədə FETÖ ilə əlaqədə olduğu üzə çıxan 445 polis vəzifəsindən uzaqlaşdırılıb. O bildirib ki, bu məsələdə təhlükəsizlik tədbirləri ilə bağlı bütün elektron materiallar araşdırılıb: “Nəticədə FETÖ ilə əlaqəsi olduğu müəyyən edilən 445 polis vəzifəsindən uzaqlaşdırılıb. Bu şəxslərə qarşı inzibati istintaq başladılıb. Biz terror təşkilatlarına qarşı mübarizəmizi dayanmadan və tərəddüd etmədən davam etdirəcəyik”. Xatırladaq ki, Türkiyədə 2016-cı ilin iyulun 15-də baş vermiş hərbi çeviliş cəhdindən sonra FETÖ terror şəbəkəsinin dövlət qurumlarından, xüsusən huquq-mühafizə orqanlarından təmizlənməsi yönündə ciddi və ardıcıl addımlar atıldı. Hətta ötən müddət ərzində çoxları təhlükənin aradan qalxdığını, terrorçu şəbəkənin tamamilə çökdürüldüyünü düşündü. Lakin uzun aradan sonra 445 polisin FETÖ şübhəlisi kimi saxlanması təhlükənin ortadan qalxmadığını söyləməyə əsas verir.
Uzun müddət FETÖ-nün Azərbaycan qolu ilə mübarizə aparmış, şəbəkə ilə bağlı bir neçə kitab qələmə almış "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər "Sherg.az”a açıqlamasında deyib ki, FETÖ təhlükəsinin ortadan qalxdığını düşünənlər ya axmaqdır, ya da terror şəbəkəsi ilə bu və ya digər formada əlaqəsi olan şəxslərdir. Ekspertin sözlərinə görə, söhbət Türkiyənin son 50 ilində hörümçək toru quran, dövlətin bütün qurumlarına sızan bir agentura şəbəkəsindən gedir:

"Terror bağlantılı bir agentura şəbəkəsi 3-5 əməliyyatla tamamilə ortadan qalxa bilməz. Təbii ki, onların yetişdirdikləri kriptolar hələ də Türkiyədə mövcuddur. Onlara qarşı ən ağır zərbə Türkiyədə dəydi. Ancaq kənar ölkələrdə, o cümlədən Azərbaycan çox ciddi təzyiqlə üzləşmədilər. O baxımdan FETO təhlükəsi bu gün həm Azərbaycanda, təkcə Qafqazda, həm də Orta Asiyada mövcudiyyətini qoruyur. Avropada FETO hər tərəfdə fəaliyyətini açıq bir şəkildə davam etdirir. Onlardan güc alan Türkiyədəki qaynaqlar da öz fəaliyyətlərini davam etdirirlər. Türkiyə daxili işlər naziri Ali Yerlikayanın yenidən FETO məsələsinə dönməsi çox müsbət addımdır. Amma bu əməliyyatların davamlı olması zəruridir. Bir müddət əməliyyatlar aparılır, kritik nöqtələrə toxunduqda əməliyyatlar dayanır. Nəticə etibarilə öldürülməyib yaralanan FETÖ daha da güclənir. Hesab edirəm ki, bu əməliyyatlar yüksək səviyyədə həm daxildə, həm də xaricdə, o cümlədən Azərbaycanda aparılmalı, sərt mübarizə davam etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət