Səyahət həvəskarları 2026-cı ildə həm büdcəyə uyğun, həm də maraqlı istirahət üçün ən sərfəli istiqamətlərin siyahısını hazırlayıblar.
Sherg.az xəbər verir ki, siyahıda ilk yeri gündəlik orta xərcin 15-20 dollar olduğu Laos tutub. Onu gündəlik 15-25 dollar xərclə Nepal və 20-35 dollar büdcə ilə Vyetnam izləyir.

Ən sərfəli 10 istiqamət belə sıralanıb:
Laos: 15-20 dollar
Nepal: 15-25 dollar
Vyetnam: 20-35 dollar
Kamboca: 22-35 dollar
Boliviya: 25-35 dollar
İndoneziya (Bali istisna olmaqla): 25-40 dollar
Şri-Lanka: 25-40 dollar
Hindistan: 25-40 dollar
Albaniya: 35-50 dollar
Bosniya və Herseqovina: 35-55 dollar
Mütəxəssislər bildirirlər ki, bu istiqamətlər münasib qiymətlər, zəngin mədəniyyət və maraqlı turizm imkanları ilə seçilir.