
“Az qalsın öləcəkdim” - Rusiyada 8 yaşlı “döyüşçülər” hərbi düşərgədə
12:23 22.08.2025
Dünya
313
Rusiyanın Ukrayna sərhədinə yaxın Rostov bölgəsində keçirilən hərbi düşərgədə uşaqlara əl qumbarası simulyasiyaları və atış təlimləri keçirilib.
Sherg.az xəbər verir ki, rus hərbiçi öz qızını da proqrama cəlb edərək uşaqlara təcrübələrini bölüşüb.
“Reuters”ə danışan iştirakçı uşaqlardan Anton, “Burada olmağımın səbəbi gələcəyimi ordu ilə bağlamaq istəməyimdir. Ölkəmə xidmət edib dəyərlərimi sonadək müdafiə etmək istəyirəm,” deyib.
Başqa bir şagird David isə yürüş təlimlərinin iradəsini sınadığını bildirib. Uşaqların çoxu kamuflyaj geyimlərində olub; bəziləri həqiqi silah, bəziləri isə oyuncaq replika daşıyıb.

Müstəqil uşaq hüquqları təşkilatı “Ne Norma” uşaqlara silah istifadəsi və pilotsuz uçuş aparatlarının hazırlanması kimi mövzuların öyrədilməsini “beyin yuma və təbliğat” adlandırır.
Rəsmi şəxslər isə bu təlimlərin “sağlam vətənpərvərlik aşılanması və milli şüurun artırılması” məqsədi daşıdığını bildirir.
Təlimçilər arasında Ukraynada yaralanmış və əməliyyat gözləyən rus hərbiçisi Aleksandr Şopin də olub.
Öz qızının da düşərgəyə qatıldığını deyən Şopin, “Təcrübələrimi uşaqlara ötürmək xoşuma gəlir. Onların bir ailə kimi birləşdiyini görə bilirsiniz,” deyib.
Təlimdən sonra uşaqlar həyəcanlarını gizlətməyib. Bir qız “Az qalsın öləcəkdim!” deyib, digər yoldaşı isə “Qaçışı üç dəfə etdik!” sözləri ilə onu qucaqlayaraq təbrik edib.
Başqa bir təlimçi Vladimir Yanenko isə, “Vətənpərvərlik təlimi çox vacibdir. Uşaqlar küçələrdə vaxt keçirmək istəmir. Onlar üçün bura daha maraqlıdır,” ifadələrini işlədib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm