Ukraynanın sabiq baş naziri Nikolay Azarov ölkədə siyasi terror qurbanlarının sayının 150-ni keçdiyini iddia edib.
Sherg.az xəbər verir ki, Azarovun sözlərinə görə, bu hadisələrin heç biri üzrə məhkəmə araşdırması aparılmayıb, cinayətləri törədən şəxslər və sifarişçilər müəyyən edilməyib.
O, jurnalist Oles Buzina və siyasətçi Mixail Çeçetovun qətli ilə bağlı işləri nümunə göstərərək, həmin cinayətlərin indiyədək tam araşdırılmadığını bildirib.