Balaca qız pulları parçaladı! Ailənin bir aylıq yaşayış xərcləri zay oldu
13:05 29.12.2023
Dünya
611
Gənc ana kiçik qızının kağız kəsərək oturub oyun oynadığını zənn edib. Lakin bir müddət sonra qızını yoxlamağa gedəndə anlayıb ki, uşaq təsadüfi “kağız” kəsmir. Həyəcandan əl-ayağı bir-birinə dolaşan qadın nə edəcəyini bilmirdi. Balaca qızcığazın kəsdiyi kağızlar əslində ailənin 1 aylıq dolanışıq xərclərinə bərabər olan kağız pullar idi.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Asiya ölkəsi olan İndoneziyada yaşayan gənc ana sosial media hesabında şok təcrübəsini paylaşıb. Gənc qadın qızının oturub kağız kəsərək oyun oynadığını zənn edib, amma həqiqət çox fərqli olub.
Yazıq qadın övladına yaxınlaşıb kağız sandığı şeyin əslində pul olduğunu görəndə az qala huşunu itirəcəkdi. Üstəlik, qızı artıq bir ay ərzində ailəsinin dolanışığını qarşılamalı olan pulu məhv etmişdi. O, dərhal işə qarışaraq qızının “oyununu” dayandırıb. Qızını saxladıqdan sonra ona vəziyyəti izah etməyə başlayıb.
Uşaq hələ çox kiçik olduğundan əskinasların nə üçün olduğunu və dəyərini bilmirdi. Onun üçün əskinaslar təsadüfi kağız parçalarından fərqlənmirdi. Gənc ana ağrılı səslə “Bu pul bütün ailənin bir aylıq dolanışığıdır” deyib, övladına məsələnin ciddiliyini izah edib.
Çarəsiz qalan gənc qadın ilas edilə bilən kağız pulları bir-birinə yapışdıraraq vəziyyəti düzəltməyə çalışıb.
İndoneziya Milli Bankı zədələnmiş əskinasları qəbul edir. Müvafiq olaraq, yalnız əskinasın xarab olsa belə, dəyərinin müəyyən edilməsi xahiş olunur. Zədələnmiş əskinaslar ekvivalent valyuta ilə dəyişdirilmək üçün yerli banka aparıla bilər. Gənc qadın daha sonra zədələnmiş pulları müvəffəqiyyətlə yeni əskinaslarla əvəz etmək üçün Mərkəzi Banka aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu BÜRCLƏRİN həmişə pulu olur...
09:13 22.05.2026
Sosial
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
09:13 22.05.2026
İqtisadiyyat
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
09:05 22.05.2026
Region
“İçində kişi olmayan bir serial tapacam”
08:48 22.05.2026
Şou
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət