Belarusdan Paşinyanın KTMT bəyanatına cavab
19:33 23.02.2024
Dünya
440
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin silahlı qüvvələri mövcud planlar üzrə işləyir. Odur ki, Ermənistanın təşkilatda iştirakı məsələlərinə dair nəticə çıxarmaq hələ tezdir”.
Bunu Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko deyib.
“KTMT çərçivəsində əməkdaşlığa gəlincə, mən hesab edirəm ki, nəticə çıxarmaq hələ tezdir. Silahlı qüvvələr arasında bu gün mövcud olan əlaqələr var - biz planlarımız üzərində işləyirik”, - o, STV telekanalının efirində deyib.
Qeyd edək ki, cümə günü Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Minsk Ermənistanın KTMT-də iştirakı məsələsi ilə bağlı İrəvandan heç bir bildiriş almayıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın KTMT-də iştirakını dayandırdığını bildirib. Eyni zamanda təşkilatın katibliyi Ermənistandan belə bir bəyanat almadığını bildirib.
Qeyd edək ki, son vaxtlar İrəvan təşkilatın bəzi görüşlərini buraxıb. O cümlədən, Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib.
Mənbə: TASS / Oxu.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi