“Boeing”lərə etibar qalmadı: Son zamanlar yaşanan texniki qəzalar şirkətin nüfuzunu zədələyib
09:43 15.03.2024
Dünya
549
“Boei̇ng” təyyarələri ilə bağlı son zamanlar yaşanan texniki qəzalar, təhlükəsizlik problemləri şirkətin etibarını zədələyib. ABŞ federal Havaçılıq İdarəsi şirkətin istehsal etdiyi təyyarələrin keyfiyyətini ciddi şəkildə yoxlamağa qərar verib. Buna səbəb “Boeing”lərdə qəzaların son zamanlar tez-tez baş verməsidir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, 2018 və 2019-cu illərdə şirkətin populyar təyyarə modeli 737 "Max"lar tərəfindən törədilmiş 2 aviaqəzada 346 nəfər həlak olub. Bu il isə 737 "Max"ın uçuşu zamanı təyyarənin qapısı qopub. Başqa bir qəzada isə təyyarənin əyləci yaxşı işləməyib, pilotlar çətin vəziyyətə düşüb. Mart ayının başlanğıcında da şirkətin təyyarələrində kabus kimi 2 olay yaşanıb. Martın 4-də Texasdan qalxan “737”nin motoru alovlanıb. 6 martda isə Portlanddan qalxan “737”nin pilot kabinəsi dumanla dolub. Ertəsi gün San-Fransiskodan Yaponiyaya uçan təyyarənin təkəri düşüb və 110 kiloluq təkər avtoparkdakı bir avtomobili əzib. Şirkətin istehsal etdiyi təyyarələrlə bağlı ciddi yoxlamalara başlayan idarə təyyarələrdə böyük nöqsanlar aşkarlayıb. Hətta istehsal prosesinə məsul şəxs, 62 yaşlı Con Barnettin intihar etdiyi bildirilir. Onun istehsal prosesində standartları pozduğu da deyilir. “Boeing” 6 il ərzində 10 milyonlarla dollar zərərə düşüb. Təyyarələrə etibar azaldıqca şirkət müflisləşir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual