Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin "HMS Dragon" esminesi İngiltərənin Portsmut şəhərindən yola çıxaraq Britaniyanın Kiprdəki Akrotiri hərbi bazasının təhlükəsizliyini gücləndirmək üçün Şərqi Aralıq dənizinə doğru istiqamət götürüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kral Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilir.
Vurğulanır ki, silahlanmasında "Sea Viper" raket sistemi olan gəminin göndərilməsi Akrotiri bazası istiqamətində buraxılan PUA-larla daha effektiv mübarizə aparmağa imkan verəcək.