Britaniya XİN rəhbəri: İsrail ordusunu təmkinli olmağa çağırmışam
13:45 21.10.2023
Dünya
424
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrail hökuməti ilə İsrailin beynəlxalq hüquqa uyğun hərəkət etməsi barədə danışıb.
APA xəbər verir ki, bu barədə Britaniya xarici işlər naziri Kleverli Qahirə sülh konfransında çıxışında bildirib.
"Mən İsrail hökuməti ilə birbaşa olaraq onların beynəlxalq hüquqa hörmət etmək vəzifəsi və Qəzzada mülki insanların həyatının qorunmasının vacibliyi barədə danışmışam.
İnanılmaz dərəcədə çətin şəraitə baxmayaraq, İsrail hərbçilərini nizam-intizamlı olmağa, peşəkarlıq nümayiş etdirməyə və təmkinli olmağa çağırmışam", Kleverli çıxışında deyib.
O bildirib ki, HAMAS İsrail və Fələstin arasında sülhün bərqərar olmasını istəmir. "Biz əmin olmalıyıq ki, HAMAS yox, sülh içində birgəyaşayış qalib gələcək. Böyük Britaniya mövqeyini aydın ifadə edib ki, İsrailin özünümüdafiə və HAMAS tərəfindən girov götürülənləri azad etmək hüququ var. Eyni zamanda açıq bildirmişik ki, biz və onlar Qəzzadakı fələstinlilərin ağrı və əzablarını yüngülləşdirmək üçün beynəlxalq hüquqa uyğun işləməli, addımlar atmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
10:44 10.04.2026
Sağlamlıq