Bu ölkədə gənclərə könüllü hərbi xidmət təklif olunacaq
17:30 10.09.2025
Dünya
328
Noyabr ayında Belçikanın bütün 17 yaşlı sakinlərinə könüllü hərbi xidmət proqramı barədə ətraflı məlumatın yer alacağı məktublar göndəriləcək.
Trend xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin çağırışçılara həsr edilmiş mətbuat konfransında bildirilib.
Təşəbbüs gənclərə birillik hərbi xidməti könüllü şəkildə keçmək imkanı yaradır. Ümumilikdə təxminən 130 min yeniyetmə məktub alacaq. Noyabr ayında hər bir vilayətdə canlı məlumatlandırıcı görüşlər keçiriləcək, ardınca isə rəqəmsal tədbirlər təşkil olunacaq. Müraciətlərin qəbulu 2026-cı ilin yanvarından başlayacaq.
Proqram 18–25 yaşarası oğlan və qızlar üçün nəzərdə tutulub. Seçim prosesi yayda başlayacaq, ən yaxşı namizədlər xidmətə dəvət olunacaq və proqram sentyabrda start götürəcək. İştirakçılara xalis 2000 avro aylıq əməkhaqqı vəd edilir.
İlkin mərhələdə Müdafiə Nazirliyi 3,5 min nəfəri seçim mərhələsinə dəvət etməyi, onlardan 500 nəfərini start qrupu üçün seçməyi planlaşdırır. 2027-ci ilə qədər yerlərin sayı 1000-ə, daha sonra isə mərhələli şəkildə 7 minə çatdırılacaq.
Xidmətə qəbul olunanlar quru qoşunlarında, Hərbi Dəniz Qüvvələrində və ya Hərbi Hava Qüvvələrində fəaliyyət göstərə, təhlükəsizliklə bağlı tapşırıqlar yerinə yetirə biləcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət