Bu ölkədə xəstəlik daşıyıcısı olan ağcaqanadlar aşkarlanıb

Alimlər iqlim dəyişikliyi səbəbindən Böyük Britaniyada tropik xəstəlik daşıyıcısı olan ağcaqanadların yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.

Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin tədqiqat qrupları ölkədə iki təhlükəli növün: misir ağcaqanadının və Asiya pələngi və ya meşə ağcaqanadının izinə düşüblər.

Bu ağcaqanadlar ilk dəfə ölkədə qeyri-yerli həşəratların aşkarlanması üçün qurulmuş xüsusi tələ vasitəsilə aşkarlanıb.