Çin Avropa İttifaqına sərt xəbərdarlıq etdi

“Şirkətlərimizə qarşı sanksiyalara cavab verəcəyik”

Çin Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketinə daxil etdiyi Çin şirkətlərinə görə rəsmi Brüsselə cavab tədbirləri görəcəyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Çin Ticarət Nazirliyi bildirib ki, ölkə öz şirkət və vətəndaşlarının hüquqlarını qəti şəkildə qoruyacaq və bu məsələdə zəruri addımlar atılacaq. Rəsmi Pekin həmçinin Avropa İttifaqından Çin şirkətlərini sanksiya siyahısından çıxarmağı tələb edib və əks halda nəticələrə görə məsuliyyətin Aİ-yə aid olacağını vurğulayıb.

Məlumata görə, yeni sanksiya paketində bir neçə Çin şirkəti Rusiyaya qarşı məhdudiyyətlər çərçivəsində siyahıya salınıb. Bu addım Pekin-Brüssel münasibətlərində gərginliyi artırıb.