
Çinin Rusiya ilə müəmmalı əməkdaşlığı - ŞƏRH
13:42 24.02.2024
Dünya
569
Bu baş vermədiyinə görə, Brüssel qəti addımlar atmağa məcbur qalıb
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Brüssel Rusiya ilə yanaşı bu ölkə ilə bu və ya digər formada əməkdaşlıq edən şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq etməyi qərarlaşdırıb. Bu sırada ilk dəfə Çinin hüquqi və fiziki şəxsləri var. Avropa İttifaqı son ana qədər Rusiya ilə əməkdaşlığa görə Çini cəzalandırmaqdan çəkinirdi. Ancaq Brüssel siyasətini dəyişdirib. Brüsseldə hesab edirlər ki, Rusiya və Kremlin strateji tərəfdaşları əleyhinə qəti addımlar atılmasa, Ukrayna məğlub ola bilər. Brüssel Rusiya-Çin əməkdaşlığını hədəf alıb. Sanksiya siyahısında Çinin 7 şirkəti var. Bu say gələcəkdə arta da bilər. Bu şirkətlər Rusiya ilə sıx əməkdaşlıq edirlər. Avropa İttifaqının məmurlarından biri “The Guardian” qəzetinə verdiyi açıqlamada, Kremlin Avropa İttifaqının iqtisadi və ticarət sanksiyalarından qurtulması üçün boşluqlardan istifadə etməyə çalışdığını deyib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Brüssel Rusiyaya sanksiyalardan yan keçməyə imkan verən bütün boşluqların qarşısını almağa qərar verib. Ekspertin sözlərinə görə, boşluqlardan biri də Rusiyanın müxtəlif ölkələrin şirkətləri vasitəsilə Avropa ölkələri ilə ticarət mübadiləsi aparmasıdır:

"Rusiyanın keyfiyyətli məhsullara və texnologiyalara ehtiyacı var.
ABŞ və Böyük Britaniya Brüsselin qərarını dəstəkləyiblər. Avropa İttifaqı Pekini Rusiya ilə əməkdaşlıqla bağlı bir neçə dəfə xəbərdar edib. Məsələn, ötən ilin dekabrında Çin lideri Tsi Cinpinlə görüşən Avropa İttifaqının rəhbəri Şarl Mişel bir qrup Çin şirkətinin Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyini bildirmişdi. Görünür, Mişel ümid edirdi ki, Pekin bu xəbərdarlığı nəzərə alaraq Çin şirkətlərini Rusiya ilə müəmmalı əməkdaşlıqdan çəkindirəcək. Bu baş vermədiyinə görə, Brüssel qəti addımlar atmağa məcbur qalıb. Pekin Brüsselin qərarını sərt tənqid edib. Pekin Avropa İttifaqının Çir şirkətlərinə qarşı sanksiyalarını beynəlxalq hüquqa zidd adlandırıb. Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq şirkətlərinin maraqlarını qoruyacağını açıqlayıb. Buna baxmayaraq, Çinin eyni ilə Avropa şirkətlərinə qarşı adekvat addımlar atacağı barədə qərarı yoxdur. Pekin üçün Brüsselə münasibətləri gərginləşdirmək zərərlidir. 2022-ci ildə Çinlə Avropa İttifaqı arasında ticarət mübadiləsinin həcmi 1.6 trilyon dollar təşkil edib. Bu, Çinin Rusiya ilə ticarət mübadiləsindən 8 dəfə çoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi