Dialoq çağırışı...
Yusif Nəzərli
00:28 14.12.2021
Dünya
487
Saakaşvili hakimiyyətə əl uzatmaq məcburiyyətində qaldı
Məhbus eks-prezident bütün müxalifəti ayağa qaldıra bilmədiyinə görə taktikasını dəyişir
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili indiki prezdent Salome Zurabişvilini və bundan öncəki rəhbəri Q.Marqvelaşvilini Qori hospitalına görüşə dəvət edib. Saakaşvili bildirib ki, ölkədə sülhün təminatı danışıqlardan keçir: “Mən sizin çıxışınızı diqqətlə dinləmişəm və təkcə üçüncü prezident kimi deyil, həm də bu ölkənin gələcəyini düşünən vətənpərvər kimi bu məsələ ilə bağlı mövqeyimi bildirmək istəyirəm. Məncə, hazırda ən yaxşı format Cənubi Afrika formatı və modeldir. Hamımız "dəyirmi masa" arxasında əyləşib vətənimizin keçmişi və ən əsası Avro-Atlantik demokratik gələcəyi haqqında birlikdə danışmalıyıq və xalqımızın ləyaqətli və təhlükəsiz həyat şəraitini müzakirə etməliyik”.
Sabiq rəhbər qeyd edib ki, bu cür dialoqun alternativi yoxdur:
“Azlığın çoxluğu sıxışdırmaq cəhdi, bu azlıq nə qədər milyardlarla, cəza dəstələri ilə təchiz olunsa da, böyük vətəndaş qarşıdurması təhlükəsi yaradır və ola bilsin, buna yönəlib. Ölkəmiz üçün fəlakətli olan bu ən pis nəticə bütün gürcü vətənpərvərləri üçün fəlakət, yeganə düşmənimiz Rusiya üçün isə vətənimizin gələcəyi üçün arzuolunan yeganə işdir”. Saakaşvili əlavə edib ki, Gürcüstanın sülhə, inkişafa və tam bərpaya ehtiyacı var: “Vaxt çox qısadır və bir dəqiqə belə itirmək olmaz. Ona görə də mən Gürcüstan cəmiyyətindən, siyasi qüvvələrdən, qeyri-hökumət sektorundan, mediadan, beynəlxalq ictimaiyyətdən xahiş edirəm ki, barışıq prosesini və mənim təklif etdiyim formatı dəstəkləsinlər”. Xatırladaq ki, eks-prezidentin bundan öncəki bəyanatları kifayət qədər sərt ritorikada idi. Saakaşvili bütün açıqlamalarında hökuməti sərt tənqid edir və tərəfdarlarını kəskin mübarizəyə səsləyirdi. Hətta bir müddət əvvəl Gürcüstanı tərk etmək istəyənlərə çağırış edərək onları səbirli olmağa və hakimiyyətə qarşı mübarizəyə səsləmişdi. Bildirmişdi ki, uzağı, 2-3 aya hər şey dəyişəcək. Lakin sabiq prezidentin sonuncu müraciəti olduqca yumşaq və barışdırıcıdır.
Saakaşvilinin birdən-birə mövqe dəyişməsini “Şərq”ə təhlil edən politoloq Qabil Hüseynli deyib ki, həbsxana bəzi insanları ruhən sarsıdır, hətta “sındırır”. Lakin analitik hesab edir ki, Saakaşvilidə “sınma” prosesi getmir, sadəcə olaraq keçmiş rəhbər ölkə müxalifətinin və tərəfdarlarının nəyə qadir olduğunu görməyə başlayıb:
“Saakaşvili hadisələrə daha praqmatik yanaşma sərgiləyir. ABŞ Prezidenti Co Baydenin Gürcüstanı demokratik ölkə sayaraq, sammitə dəvət etməsinə baxmayaraq, ölkə “boz kardinalı” - Bidzina İvanaşvilinin repressiv rejimi altında idarə olunur. Saakaşvilinin timsalında gördük Gürcüstan həbsxanaları hər mənada sovet dövrünü xatırladır. Avropa standartlarına heç cür uyğunlaşdırılmayıb. Keçmiş prezident ölkə müxalifətini ayağa qaldırmağa çalışsa da, indiki halda bunun qeyri-mümkünlüyünü gördü və öz taktikasını dəyişdi. Müxalifət yekdil deyil və seçki saxtakarlığına qarşı mübarizə aparmaq istəmir. Mitinqlər, etiraz aksiyaları, kütləvi çıxışlar demək olar ki, effektsizdir. Digər səbəb isə odur ki, Saakaşvili Qərbdən gözlədiyi dəstəyi ala bilməyəcəyinin fərqindədir. Bir-iki quru bəyanatı çıxmaq şərtilə ilə ABŞ və Avropa ölkələri, beynəlxalq təşkilatları səssiz qaldılar. O cümlədən, ölkə prezidenti S.Zurabişvili Saakaşviliyə qarşı kifayət qədər humanist mövqe sərgilədi. Sabiq prezident Marqvelaşvili də Saakaşvilini müdafiə edən bəyanatlarla çıxış etdi. Bütün bunlar ölkədə əhval-ruhiyyəyə, həmçinin Saakaşvilinin mövqeyinə ciddi təsir göstərdi. Keçmiş prezident sosial bazasının əvvəlki kimi olmadığının fərqindədir. Ona görə də hakimiyyətlə dialoq yolunu tutmağı daha məqbul sayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat