Dünyanın ən uzun “parik”i Ginnesin Rekordlar Kitabına düşüb
Dünyanın ən uzun “parik”i Ginnesin Rekordlar Kitabına düşüb
Yusif Sultanoğlu
05:53 17.11.2023
Dünya
672
Nigeriyalı Helen Villiams dünyanın ən uzun parikini hazırlayaraq Ginnesin Rekodlar Kitabına adını yazdırmağı bacarıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, qadının hazırladığı parik indiyədək hazırlanmış pariklərin ən uzunu olmaqla yanaşı, həm də əl işidir.
Parikin uzunluğu 351 metrdir. Onun hazırlanmasına Helen 11 gün vaxt sərf edib. Parikin hazırlanması qadına 2 milyon nairaya – Nigeriya pul vahidinə başa gəlib. Hazırlanma prosesində min cüt saç, 12 qutu saç spreyi, 35 banka saç yapışdırıcısı, 6 min 250 ədəd saç tutqacından istifadə edilib.
Gənc qadın “bu, indiyədək başıma gələn ən yaxşı işdir. Hələ də bu pariki hazırlayıb bitirdiyimə inana bilmirəm”, söyləyib. Helen 8 ildir parik hazırlamaqla məşğuldur, lakin Ginnesin Rekordlar Kitabına düşməyi ağlına da gətirməyib. Onu bu işə ailə üzvləri həvəsləndirib. “Onların ümidsizliyə düşməsini istəmədim. İşə başladım və bacardım. Dünyanın ən uzun parikini hazırladım”, deyən Helen onu bu işə cəsarətləndirən ailə üzvlərinə təşəkkür edib. Parikin uzunluğunun ölçülməsi üçün münasib yer tapılması çətinliyti ilə də qarşılaşıblar. Sonunda parikin Nigeriyanın ən uzun avtomobil yollarından olan, Lagos və Abeokuta şəhərlərini birləşdirən avtomobil yolu seçilib. Parik yol boyu yerə sərilib və ölçülüb. Ginnes rəsmiləri parikin hazırda dünyada, həqiqətən də, ən uzun ölçülü olmasını təsdiqləyiblər və Helenin adı ən uzun parik hazırlayan şəxs kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Gənc qadın rekorda imza atdığı parikini insanların görməsi üçün onu şəxsi ofisində nümayiş etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi