Əfqanıstanda sağ qalanların faktiki olaraq heç nəyi qalmayıb
00:39 12.09.2025
Dünya
295
Bu ay Əfqanıstanın şərqində kəndləri viran qoyan zəlzələlər əksər ailələrin yeganə mülkü olan evləri və mal-qaranı məhv edib. Yardım tükəndiyi üçün sağ qalanların bərpa etmək üçün faktiki olaraq heç nəyi qalmayıb.
AZƏRTAC xəbər verir ki, avqustun 31-nə keçən gecə regionda baş vermiş güclü zəlzələ və bir sıra güclü təkanlar nəticəsində azı 2200 nəfər həlak olub, yarım milyondan çox insan yaralanıb. Zəlzələlər nəticəsində onminlərlə insan evsiz qalıb, bəziləri yeni sürüşmələrdən qorxurlar, - deyə “Reuters” yazır.
Əfqanıstanın kənd yerlərindəki bir çox ailə üçün evlər, torpaq və mal-qara öz mülkləri adlandıra biləcəkləri hər şeydir.
BMT İnkişaf Proqramının Əfqanıstandakı Daimi Nümayəndəsi Stiven Rodriqes bildirib ki, ən çox zərər Nanqarhar və Kunar əyalətləri çəkib, taxıl anbarları və suvarma sistemləri dağılıb, bu da ərzaq təchizatını və növbəti əkin mövsümünü təhlükə altına salır.
Norveç Qaçqınlar Şurasının məlumatına görə, 7 min başdan çox mal-qara tələf olub, 7 suvarma sistemi dağıdılıb, digərləri isə zədələnib.
“Bu resurslar yoxa çıxanda biz istehsalın azaldığını, ərzaq qiymətlərinin artmasını və xüsusən də ən yoxsul ev təsərrüfatları üçün qidalanma və sağlamlığa uzunmüddətli zərərini müşahidə edirik”, - deyə Vellinqtonda Viktoriya Universitetinin fəlakət iqtisadiyyatı və iqlim dəyişmələri kafedrasının müdiri İlan Noy bildirib.
Taliban səlahiyyətlilərinin məlumatına görə, 6700-dən çox ev dağılıb. Yeraltı təkanların davam etdiyi üçün ailələr çadırlarda qalmağa məcbur olub.
Yazıçı və Amerika Əfqan Tədqiqatları İnstitutunun Prezidenti Tomas Barfildın sözlərinə görə, qarşıdan gələn qış böhranı dərinləşdirəcək, onilliklər davam edən müharibə və miqrasiya isə vəziyyəti bərpa etməyə kömək edə biləcək insanların azalmasına gətirib çıxaracaq.
BMT 140 milyon dollar yardımın verilməsi xahişi ilə müraciət edib, lakin vədlər yerinə yetirilmir, çünki donorlar Qəzza və Ukraynaya diqqəti yönəldir və hökumətin humanitar təşkilatların qadın əməkdaşlarına qoyulan məhdudiyyətlər səbəbindən Əfqanıstanı maliyyələşdirməkdən imtina edirlər.
Analitiklər bildirirlər ki, zəlzələdən sonra çadırlardan tutmuş qidaya qədər müəyyən qədər yardım gəlib, lakin bu açıq-aydın kifayət etmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət