"El Mayo" ömürlük həbs cəzasına məhkum edilib

Meksikalı narkobaron El Mayo Zambada ABŞ-də ömürlük həbs cəzasına məhkum edilib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, agentliyinin verdiyi məlumata görə, Meksikalı narkobaron İsmael "El Mayo" Zambada Sinaloa kartelinə onilliklər ərzində milyonlarla kiloqram kokain tədarük etməkdə günahını etiraf edib.

Zambada ABŞ məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilmiş ən böyük meksikalı narkobarondur.

76 yaşlı Sambada ABŞ Ədliyyə Nazirliyinin ölüm cəzası istəməyəcəyinə söz verməsindən sonra, 2025-ci ilin avqust ayında reketçilik və sui-qəsd də daxil olmaqla bir sıra ittihamlar üzrə günahını etiraf etməyə razı olub.