Elon Maskın atası danışdı: “Məni çarmıxa çəkəcəklər”
Yusif Sultanoğlu
05:56 21.11.2023
Dünya
516
Hazırda dünyanın texnologiya dahisi Elon Mask haqqında film çəkiləcək.
“Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, çəkilməsi planlaşdırılan filmin ssenarisi Elon Mask haqqında Valter Isaacsonun qələmə aldığı bioqrafik kitabdan götürülüb. Filmin rejissoru isə bir çox məşhur filmlərin müəllifi Darren Aronovskidir. E.Maskın atası Errol Mask isə filmdə “pis ata” olaraq göstərilməkdən qorxur. Texnologiya dahisinin atası, 77 yaşlı Errol Mask “The Sun” qəzetinə verdiyi müsahibədə bioqrafik filmdə özünün “çarmıxa çəkiləcəyindən” ehtiyat edir. Maskın atası filmin rejissoru ilə görüşmək istədiyini də deyib. Nədənsə Mask bu fikirdədir ki, filmdə onu pis valideyn olaraq təqdim edəcəklər. “Bu məni narahat edir. Isaacsonun kitabı doğru deyil, yaxından-uzaqdan bizim ailə ilə əlaqəsi yoxdur. O, mənim davranışlarım haqqında doğru olmayan məlumatlar alıb. Bunun əsasında da kitab yazıb. Bunu filmin rejissori Aronovskiyə çatdırmalıyam”, söyləyən ata Mask rejissoru müzakirələrə dəvət edib. Isaacson öz kitabında Errol Maskı hiyləgər və xarizmatik bir xəyalpərəst kimi təqdim edib. Müəllif kitabda Elon Maskın 12 yaşındaykən Cənubi Afrikadakı "veldskool" düşərgəsinə göndərildiyini yazıb. Elon Mask guya orada qaldığı müddətdə 10 kiloqram arıqlayıb, özündən böyüklər tərəfindən tez-tez döyülüb. Ata Mask isə yazılan bu yalanların üstəlik ekrana daşınacağından narazıdır. Elon Mask isə əkisnə, belə bir filmin çəkiləcəyindən məmnun görünür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat