
Ərdoğan və Rəisi danışığının Pərdəarxası -ŞƏRH
12:07 27.11.2023
Dünya
623
Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
Bu barədə aparılan danışıqlardan sonra Türkiyə Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqlarda İsrailin Qəzzaya həmlələri, fələstinlilərə humanitar yardım fəaliyyətləri və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.
“Başda Türkiyə və İran olmaqla İslam dünyasının ortaq mövqe nümayiş etdirməsinin önəmini Prezident Ərdoğan görüşdə dilə gətirib”, - mətbuat xidməti diqqətə çatdırıb.
Bundan əlavə, tərəflər Rəisinin yaxın vaxtlarda Türkiyəyə baş tutacaq səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.
Məsələ ilə bağlı danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "Sherg.az"a bildirib ki, Türkiyə ilə İran rejimi arasında əlaqələr daha çox iqtisadi maraqlar üzərində qurulub:
"Çünki Türkiyə ilə İran rejimini birləşdirən siyasi, dini, ideoloji fərqliliklər çoxdur. Türkiyə bir Qərb dövlətidir və demokratik inkişaf yolundadır. Eyni zamanda NATO ölkəsidir. İran rejimi isə bütün bunların əksinədir. Türkiyənin regionda marağı əməkdaşlıqdır. O, cümlədən Türkiyə dövləti İsrail ilə də əməkdaşlıq edir. Həmçinin, Ankaranın bütün ərəb ölkələri ilə münasibətləri normal səviyyədədir. İranın isə bu istiqamətdə çoxsaylı problemləri var. Ona görə də İbrahim Rəisi ilə Rəcəb Tayyib Ərdoğanın telefon danışığı daha çox iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına, regionun və dünyanın əsas məsələsi olan HƏMAS İsrail müharibəsinə yönəlib. Eyni zamanda telefon danışığı zamanı HƏMAS və İsrail arasında müvəqqəti atəşkəsin uzadılması ilə bağlı məsələlər də müzakirə oluna bilər. Çünki İran tərəfi bütün imkanlarından istifadə edərək atəşkəsi uzatmağa və HƏMAS-ın Qəzza zolağında qalmasına çalışır. Digər məsələ isə girovların və yaralıların sağ-salamat çatdırılmasından ibarətdir. Buna görə də prespektivdə, yəni İran hökümət başçısının Türkiyəyə səfəri zamanı da bu tip məsələlərə yer ayrılacağı gözlənilir. Həmin görüşdə Cənubi Qafqazla bağlı, xüsusilə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesi, sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması kimi məsələlərə də yer ayrıla bilər".

Ekspert qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət 4 günlük hümanitar atəşkəsə nail ola bilirsə, deməli Fələstin və İsrail arasında sülhə də nail olmaq mümkündür:
"Amma bunun üçün ilk növbədə Fələstin və qonşu ölkələrdəki İsrailə qarşı olan silahlı müqavimət hərəkatları öz fəaliyyətini dayandırmalıdır. Əks halda sülh baş verə bilməz. İran kimi kənardan durub münaqişəni qızışdıran ölkələr daim HƏMAS və Hizbullahdan İsrailə qarşı istifadə edəcəklər. Bu isə Fələstin və İsrail arasında sülhün yaranmasına əngəl törədəcək. Əgər HƏMAS və İranın dəstəklədiyi silahlı qruplaşmalar fəaliyyəti dayandırsa, Fələstin İsrail arasında sülh daha tez baş verər. Eyni zamanda iki dövlət bir-biri ilə daha tez dil tapar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat