Əri 1 milyard dollarlıq miras qoydu: 93 yaşlı professor hamısını tələbələrinə xərcləyib
09:56 06.03.2024
Dünya
497
93 yaşlı professor Ruth Gottesmanın həyat yoldaşı ailəsinə 1 milyard dollar miras qoyub. Professor Gottesman, “mənə, məndən xəbərsiz köhnə bir portfel əmanət edib. Həyat yoldaşım, mərhum David Gottesman “Wall Street” maliyyəçisi idi və mənə buraxdığı mirasla bağlı bunları yazmışdı: “Bu mirası doğru olduğunu düşündüyün işə sərf et”.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, professor Ruth Gottesman da doğru hesab etdiyi işi görüb. Lakin buna qərar vermək o qədər də asan olmayıb. R.Gottesman bu qədər böyük məbləğdə mirasla nə edəcəyini əvvəlcə qərarlaşdıra bilməyib. Övladları onu cəsarətləndirib və nəhayət o, bir qərara gəlib. Bütün mirası Nyu-Yorkun ən yoxsul bölgəsi olan Bronxtakı Albert Eynsteyn Tibb Fakültəsinə ianə edib. Xanım R.Gottesman özü də bu fakültənin müəllimi olub. “Tibb fakültəsində təhsil alan tələbələrin təhsil xəcrlərini qarşılamağı düşünürdüm. Bunun üçün lazımi qədər pul vardı”. Xanım professor həyat yoldaşından miras qalmış 1 milyard dolları tibb fakültəsinə bağışlayıb və bütün pulun tələbələrin təhsil xərclərinin qarşılanmasına sərf edilməsinə təlimat verib. Bununla belə, ona edilən təklifdən də imtina edib. Fakültə belə bir ianə qarşılığında fakültəyə onun, ya da mərhum həyat yoldaşının adının verilməsini təklif edib. Xanım professor isə təklifi rədd edərək, fakültənin Albert Eynşteynin adını daşımalı olduğunda israr edib. Professor R.Gottesmanın etdiyi ianə ABŞ tarixində bir təhsil ocağına edilən ən böyük ianə olaraq tarixə düşüb. Professor R. Gottesman ianə haqqında şəxsən özü tələbələrə məlumat verib. Professorun tələbələrə bundan sonra təhsil xərclərinin qarşılanacağı haqda xəbəri çatdırmasıyla salonda alqış sədaları qopub. Professor R. Gottesman universitetdə 1968-ci ildən çalışır, pediatriya üzrə mütəxəssisdir. Təvazökar insan olan xanım, ianənin kim tərəfindən edildiyinin bilinməməsini də istəyib. Lakin həmkarları onu dilə tutaraq bu addımının başqaları üçün də örnək olacağını söyləyərək, onu razı salıblar. Tibb fakültəsində təhsil haqqı bir il üçün 60 min dollardır. Tələbələrin çoxu bu miqdarda pulu ödəyə bilmir, borclu qalır, universiteti bitirdikdə təxminən 200 min dollar yaxın borcları toplanır. Professor R.Gottesmanın ianəsi sayəsində isə tələbələr heç bir borcları olmadan, təhsil haqqını ödəmək yükündən azad olaraq təhsillərini davam etdirəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat