Ermənistan Təhlükəsizlik Şurasının katibi Lavrova cavab verib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Lavrova cavab verib
13:35 06.03.2024
Dünya
402
Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Rusiya İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı yekun qərarını gözləyir” bəyanatına münasibət bildirib.
APA xəbər verir ki, brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həmin bəyanata toxunaraq qeyd edib ki, Rusiya KTMT-nin üzvü olaraq öz mövqeyini dəqiqləşdirməlidir:
“Mən deyərdim ki, Ermənistana münasibətdə öz mövqeyini dəqiqləşdirməli olan tərəf Rusiyadır”.
Qriqoryan 2021-ci ilin dekabrına qədər Ermənistanın bütün təhlükəsizlik zəmanətlərini Rusiya ilə bağladığını əlavə edib.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun yekun nəticələrinə dair mətbuat konfransında jurnalistlərə bildirmişdi ki, Ermənistanın KTMT-dəki statusu ilə bağlı qərar verməsinin vədəsi yetişib və KTMT-nin Ermənistanı Qarabağ münaqişəsinin həllində tək qoyması ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil.
Lavrov həmçinin Ermənistan hakimiyyətini Rusiya ilə münasibətləri pisləşdirməkdə ittiham edib: “Təəssüflər olsun ki, İrəvan Rusiya ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək qərarına gəlib. Bu, müttəfiqlik münasibətləri çərçivəsinə sığmır. Ermənistan Rusiya ilə əlaqələri kəsmək üçün İrəvana təkid edən regiondan kənardakı ölkələrə arxalanmaq qərarına gəlib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat