Ət, süd, yumurta, bal: Bu kənddə pulsuzdur
10:27 01.03.2024
Dünya
496
Çanaqqalanın Gelibolu bölgəsində dünyaya gələn Nida Əlif Selci ilk və orta təhsilini şəhərdə alıb. Atasının işləri rast gətirməyib və onlar nənələrinin yaşadığı Südlücə kəndinə köçərək heyvandarlıqla məşğul olmağa başlayıblar.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Nidanın ailəsi əvvəlcə xırda buynuzlu heyvanların yetişdirilməsiylə məşğul olub. Heyvanlar üçün yemi babadanqalma ərazidə əkib becəriblər. Nida da məktəbdən qayıtdıqdan sonra vaxtını heyvanlara qulluq etməklə, onları örüşdən gətirməklə keçirib. “Əvvəllər məktəbə gedərkən ayaqqabılarım palçığa batırdı. Elə bilirdim, tək mənim ayaqqabılarım palçıqlıdır. Bu mənə çox pis təsir edirdi, utanırdım. Sonra fikir verdim ki, yox, o biri uşaqlar da mənim günümdədir. Getdikcə, buna alışdım. Artıq kimsənin söz atmasına fikir vermirdim”, söyləyən Nida kəndlərini çox sevdiyini, tarlada çalışmaqdan heç yorulmadığını deyib. Dərslərinə də çalışıb, imtahan verib və Gelibolu Ecebəy texniki peşə liseyinə daxil olub. Və liseyi tibb bacısı yardımçısı ixtisası üzrə bitirib. Sonra da Açıq təhsil Əskişəhər Anadolu Universitetində laborant və baytarlıq ixtisası üzrə təhsil alıb. Evdə də ailəsinə təsərrüfat işlərində kömək edib. Qonşuların kənar məhəllələrdən süd aldığını görən Nida atasından inək almasını xahiş edib. Beləliklə, həm də südçülüyə başlayıblar. 1 inək 2 olub, qoyunların sayı getdikcə 100-ə çatıb. “Yoxsulluq içində keçirdiyimiz günləri xatırlayanda “indi öz-özümə “çox varlıyıq”, deyirəm. Özümü həqiqətən də çox varlı, zəngin hiss edirəm. Çünki istədiyim yerdəyəm və ürəyim istəyən işlə məşğulam”, söyləyən Nida deyib ki, belə bir həyatın zor olacağını bilirdi, amma ailəyə yardım etmək, kasıblıqdan çıxmaq arzusu onu işləməyə həvəsləndirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat