Fırtına və fəsillərin dəyişməsi Marsdakı suyu kosmosa aparır
16:51 24.03.2021
Dünya
569
Mars planetinin relyefi və səthinin mineral tərkibi burada suyun vaxtilə az olmadığı fikrini söyləməyə əsas verir. Ehtimal ki, Mars tarixinin erkən vaxtında planetdə su ehtiyatı son dərəcə çox olub - hipotetik qlobal okeanın dərinliyi 500 metrə çata bilərdi. Lakin indi aşağı atmosfer təzyiqi səbəbindən su ya buz halında, ya da buxar halında ola bilər. Sonuncu halda su asanlıqla kosmosa "gedir". Əlli kilometrdən çox hündürlükdə karbon-dioksidli atmosfer Günəşin ultrabənövşəyi şüalarını tutub saxlaya bilmir, bu şüalar su molekullarını parçalayır, hidrogen atomu birbaşa kosmosa "uçur".
Uzun illər belə fikir formalaşmışdı ki, suyun hamısı Marsın aşağı atmosferində cəmlənib, hidrogen asta sürətlə yuxarı atmosferə qalxır və onun atmosferdən getməsi prosesi bərabər şəkildə baş verir, yəni ilin fəsillərindən asılı deyil.
Sherg.az "AZƏRTAC"-a istinadən bildirir ki, "Mars-Ekspress" kosmik aparatında yerləşdirilmiş SPICAM (The Spectroscopy for the Investigation of the Characteristics of the Atmosphere of Mars) infraqırmızı spektrometrin köməyilə əldə olunmuş məlumat daha mürəkkəb mənzərəni təsvir edir.
2003-cü ildə Baykonur kosmodromundan buraxılmış "Mars-Ekspress" planetin orbiti ətrafında təqribən 8 Mars ilidir ki, dövr edir. Bu müddət ərzində o, Qırmızı planetin səthindən 100 kilometr yüksəklikdəki atmosferdə su buxarının tərkibini bir qayda olaraq ölçür. SPICAM planetin atmosferini "Günəş tutulmaları" rejimində də tədqiq edə bilir. Bunun nəticəsində müxtəlif yüksəkliklərdə su buxarı molekullarının paylanmasını öyrənmək mümkündür. Bu isə atmosferdə ən incə prosesləri, o cümlədən hava kütlələrinin necə hərəkət etdiyini, harada və hansı kimyəvi və fiziki proseslərin baş verdiyini anlamaq üçün vacibdir.
Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Eksperimental spektroskopiya laboratoriyasının rəhbəri Anna Fyodrova və onun həmkarları SPICAM-ın məlumatlarını təhlil edərkən bu faktı aşkarlayıblar ki, Mars Günəşdən uzaq məsafədə yerləşdiyi dövrdə su buxarı 60 kilometrdən yuxarı qalxmır. Bu, planet afelidə - Günəşdən ən uzaq orbit nöqtəsində olduğu zaman baş verir. Bu zaman şimal yarımkürəsində yay, cənub yarımkürəsində qış olur. Əksinə, Mars Günəşə ən yaxın nöqtə (cənub qışı zamanı) olan perigeliyə keçəndə su buxarı 90 kilometr hündürlüyə qalxa bilir və buza çevrilmir - Marsda su itkisi artır. Planetin yuxarı atmosferi su ilə zənginləşir və su kosmosa çıxır.
Bundan başqa, tədqiqatçılar 2007-ci və 2018-ci illərdə Marsda qlobal toz fırtınaları zamanı əldə olunmuş məlumatları araşdırıblar. Həmin vaxt atmosfer daha isti və nəm olur, hava kütlələri axını daha intensiv olur və su molekulları 80 kilometrdən çox hündürlüyə qaldırılır.
Tədqiqatçıların fikrincə, Marsda su itkisi prosesi sabit deyil. Son illərin aktiv müşahidələrinə görə, paradiqma dəyişikliyi gedir, modellərdə daimi və daha zəif temp nəzərə alınır. Belə ki, Jan-İv-Şafrenin rəhbərliyi ilə tədqiqat qrupu (LATMOS) Marsda iki il üzrə su itkisi modelini hazırlayıb və nəticələri SPICAM-ın məlumatları ilə müqayisə edib. Bütövlükdə məlumatlar toz fırtınası dövrü istisna olmaqla (model Marsda müşahidə edildiyindən daha aşağı nəticəni təqdim edir) uyğun gəlib. Bu modelə görə, Mars orta hesabla hər milyard ildə təqribən 2 metr dərinlikdə su qatı itirir. Lakin bu model müasir Marsın landşaftını formalaşdıran həmin su həcminin hara getdiyini izah etmək üçün kifayət deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya