
Fransa-Rusiya kəllələşməsi: Qərbin Ukraynaya ordu göndərir?
09:27 28.02.2024
Dünya
549
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya Avropa qoşunlarının göndərilməsini istisna etməyib.
Bu barədə Fransa lideri ötən gün Parisdə Ukrayna məsələsinin müzakirəsi üçün 20-yə yaxın ölkə liderinin toplantısından sonra mediaya açıqlamasında deyib.
Buna baxmayaraq, o, hazırkı mərhələdə bu məsələdə konsensus olmadığını da bildirib:
“Hazırda Ukraynaya ordu göndərmək üçün konsensus yoxdur. Amma heç nəyi istisna etmək olmaz. Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, Kollektiv Qərbin Ukraynaya ordu göndərməklə bağlı hələ real addımları yoxdur:

“Avropa İttifaqı Ukrayaya yardımla bağlı konkret razılığa gələ bilməyib. Əlli milyard euroya qədər yardım edilməsi gözlənilirdi, amma bu real olaraq baş tutmayıb. Ukraynaya indiki vəziyyətdə həmin kömək edilməyibsə, deməli Avropanın NATO içərisindən ordu göndərmək cəhdləri inandırıcı görünmür. Ukraynaya yardım göndərməklə bağlı təkcə Fransanın deyil, digər ölkələrində razılığı olmalıdır. NATO daxilində son sözü aparıcı fiqur sayılan tərəflər Amerika Birləşmiş Ştatları və Türkiyə deyir. Eyni zamanda qeyd etmək lazımdır ki, NATO içərisində bəzi ölkələr Rusiya ilə münasibətlərini korlamaq istəmir”.
Qeyd edək ki, ötən gün Çexiya və Slovakiya Ukraynaya heç bir halda ordu göndərməyəcəklərini elan etmişdilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat