
Fransası da, Rusiyası da “bir bezin qırağıdır” -Şərh
12:45 11.03.2024
Dünya
686
Fransa Afrika siyasətinin uğursuzluğundan sonra Qarabağda “sülhməramlı obrazı” yaratmağa çalışır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun fikrincə, Parisin Cənubi Qafqazda fəallığının artması Afrika siyasətindəki uğursuzluğun kompensasiyasıdır.
Zaxarovanın sözlərinə görə, Fransanın Qafqazdakı cəhdlərinə “sülhməramlı səylər” də daxildir.
“Bunun sülhməramlılıqla heç bir əlaqəsi yoxdur, məhz bizim ölkə bütün sülhməramlı rolu Qarabağ məsələsinin nizamlanması kontekstində vasitəçi kimi öz üzərinə götürdü və yerinə yetirdi. İndi ən çətin mərhələ başa çatdığından ümid edirik ki, Fransa NATO üzvü kimi bir daha ocağı qızışdırmağa başlamayacaq”, - Zaxarova bildirib.
Zaxarovanın söylədiklərini “Sherg.az”a dəyərləndirən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Zaxarovanın fikirlərinin əksəriyyəti ilə razılaşır:
“Amma Rusiya tərəfinin sülhməramlı missiyanı öz üzərinə götürərək layiqincə fəaliyyət göstərməsi istisnadır. XİN sözçüsü vəzifə borclarını layiqincə yerinə yetirdiklərini deyir, lakin belə olmadığı hər kəsə məlumdur. Fransa sülhməramlılarının regiona gəlməsi təqdirində vəziyyətin daha betər olacağı isə yüz faizdir. Çünki dünyanın ən qəddar, işğalçı ölkələri arasında Fransa ilk sıralarda qərarlaşır. Onu da əminlə deyək ki, müstəmləkə ölkələri sırasında Fransa ən çox insan qırğını törədən ölkə olaraq hər zaman lənətlənir. XIX əsrdə Afrikanın yarısını işğal edərkən fransızlar milyonlarla insanı vəhşicəsinə öldürüblər. Əlcəzairdə ötən əsrin ortalarında başlayan milli azadlıq hərəkatı zamanı Fransa 1.5 milyondan çox insanı qətlə yetirib. Amma Zaxarovanın da dediyi kimi, Fransanın Afrika siyasəti uğursuz oldu. O zamandan indiyə qədər üzünü o tərəf, bu tərəfə çevirməkdədir”.

Analitik qeyd edib ki, Qarabağ savaşında Fransa ofsayda qalandan sonra Cənubi Qafqaza üzünü çevirib:
“Amma Afrika uğursuzluğunu kompensasiya edə bilməyəcək. Çünki, buna öncə regionun ən güclü ölkəsi sayılan Rusiya imkan verməz.Bu sıraya qardaş Türkiyə və İranı da daxil etmək olar. Cənubi Qafqazın lider ölkəsi Azərbaycan heç bir vəchlə Fransanın bu regiona ayaq açmasına imkan verməz. Zaxarova Fransanın NATO ölkəsi kimi ortalığı qızışdırmayacağına ümid etdiklərini desə də, Türkiyə kimi NATO-nun ikinci ordusuna sahib ölkə də var. Türkiyə Fransanın Qafqaza qollarının uzandığını görsə, onu birdəfəlik dibindən kəsər. Bir sözlə “ilanın ağına da lənət, qarasına da”. Elə Fransası da, Rusiyası da “bir bezin qırağıdır”. Sadəcə Zaxarova Fransanın fəallaşdığını görür və ona keçmişini xatırlatmağa çalışır. Baxmayaraq ki, müstəmləkə siyasətində olan ölkəsi heç də Fransadan geri qalmır. XİN sözçüsü həm də Fransanın Cənubi Qafqaza müxtəlif yollarla soxulmasına mane olan ölkələrə də xəbardarlıq edir. Düşünürəm ki, bu düz taktiki gedişdir. Bir sözlə narahat olmağa dəyməz. Fransa heç zaman bu regionda söz sahibi, təsir dairəsi güclü olan ölkələrdən biri olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat