G7 Rusiyanın neftini alan ölkələrə qarşı təzyiqləri gücləndirməyə hazırdır
00:41 02.10.2025
Dünya
364
G7 ölkələri Rusiyadan neft idxalını artıran və Moskvaya sanksiyalardan yayınmağa yardım edən ölkələrə qarşı təzyiqləri gücləndirməyi ciddi şəkildə nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə G7 ölkələrin maliyyə nazirlərinin bəyanatında deyilir.
“Biz Rusiyaya yardım göstərən ölkələrə və şirkətlərə qarşı, o cümlədən Rusiya neftindən istehsal edilən emal olunmuş neft məhsullarına dair ticarət tədbirləri və digər məhdudiyyətlərin tətbiqini ciddi şəkildə nəzərdən keçiririk”, – bəyanatda vurğulanıb.
G7 həmçinin bildirib ki, Rusiyadan idxal olunan enerji daşıyıcıları da daxil olmaqla, mövcud həcmdəki tədarüklərin əhəmiyyətli dərəcədə azaldılması və tamamilə dayandırılması üçün tədbirlər görməyə hazırdır.
Qrup üzvləri həmçinin Rusiyanın gəlirlərini azaltmaq məqsədilə gömrük rüsumları, idxal və ixrac qadağaları da daxil olmaqla yeni ticarət tədbirlərinin qəbul edilməsinin vacibliyi barədə ortaq mövqeyə gəliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət