Gürcüstanda parlament seçkilərində səsvermə davam edir - YENİLƏNİB

Gürcüstanda parlament seçkilərində seçici aktivliyi 41,62 faizə çatıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, saat 15:00-dək 1 milyon 454 min 837 seçici səsvermə hüququndan istifadə edib. Ən böyük seçici aktivliyi Tbilisidə (437 426) qeydə alınıb. Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartlidə 142 851 nəfər səs verib.

***
Gürcüstanın 11 çağırış parlamentinə seçkilər davam edir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası saat 10:00 üçün seçici aktivliyi göstəricilərini açıqlayıb.

Qurumun məlumatına görə, artıq 324 197 nəfər səsvermə hüququndan istifadə edir ki, bu da 9,27% təşkil edir.