Heqset: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək

ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset mətbuat konfransında bildirib.

Hərbi əməliyyatlar haqqında ətraflı məlumat verən nazir son məqsədin İranı tam məğlub etmək olduğunu bildirib. O, bunun üçün mərhələli şəkildə addımlar atdıqlarını qeyd edib.

"ABŞ düşmən tam və qəti şəkildə məğlub edilənə qədər geri çəkilməyəcək. Lakin biz öz qrafikimizə və öz seçimimizə uyğun hərəkət edəcəyik", - Heqset vurğulayıb.