Həyəcan təbili çalınır! - Arktikada rekord yüksək temperatur qeydə alınıb
Yusif Nəzərli
12:10 14.12.2021
Dünya
1211
İlk dəfədir ki, Ümumdünya Mühafizə Təşkilatı Arktika ərazisini ekstremal hava hesabatları arxivinə daxil edir. “Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Arktikada indiyə qədər qeydə alınan ən yüksək temperatur - 38C (100F) rəsmi olaraq təsdiqləndi. Ümumdünya Meteorologiya Təşkilatı olan “WMO”nun baş katibi Petteri Taalas deyir:
"Bu yeni Arktika rekordu Ümumdünya Hava və İqlim Ekstremalları Arxivinə bildirilən və dəyişən iqlimimizlə bağlı həyəcan təbili çalan müşahidələr silsiləsindəndir. Havanın temperaturu iyun ayı üçün bölgənin orta gündəlik səviyyəsindən 18 dərəcə yüksək olub.
BMT 38C temperaturun uzun sürən Sibir isti dalğası zamanı bildirildiyini və bunun Arktikadan daha çox Aralıq dənizinə uyğun olduğunu söyləyib.
Bölgədəki həddindən artıq olan istilər meşə yanğınlarına səbəb olub. Bu yanğınlar Rusiyanın şimalındakı meşələri və torf torpaqlarını bürüyüb.
Yüksək temperatur və güclü külək yanğınları qeyri-adi dərəcədə şiddətləndirib.
Arktikada istiləşmə yerin altında bir dəfə həmişəlik donmuş permafrostun əriməsinə gətirib çıxarır. Bu elm adamlarını narahat edir, çünki əbədi donun əriməsi ilə əvvəllər yerin altında qalmış karbon qazı və metan buraxılır.
Yüksək temperatur quru buzların daha sürətli əriməsinə səbəb olur. Nəticədə suyun okeana axmasıyla dəniz səviyyəsi qalxır.
Nəzarət edilməzsə, insanlar və təbiət fəlakətli istiləşmə, pisləşən quraqlıq, dəniz səviyyəsinin daha çox qalxması və növlərin kütləvi məhvi ilə üzləşəcək.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat