“Hizbullah” İsrailin hücumlarına cavab verəcəyini AÇIQLADI

“Hizbullah” İsrailin Livan ərazisinə hücumlarını və atəşkəs razılaşmasının pozulmasını cavabsız qoymayacağını bəyan edib.

Sherg.az xəbər verir ki, hərəkat İsraili Livanın cənubunda gərginliyi artırmaqda və hücumların miqyasını genişləndirməkdə ittiham edib. “Hizbullah” bildirib ki, Livanın suverenliyini və milli ləyaqətini müdafiə etmək üçün İsrailə cavab veriləcək.

Bəyanata görə, son İsrail zərbələri nəticəsində azı 11 nəfər, o cümlədən qadın və uşaqlar həlak olub.

“Hizbullah” həmçinin ABŞ-ı İsrailə siyasi dəstək verməkdə ittiham edərək Livan hakimiyyətini Vaşinqtonun vasitəçiliyi ilə İsraillə aparılan danışıqlara yenidən baxmağa çağırıb.

Yeni eskalasiya Livan və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların gələcək taleyini də sual altına salır.