Danimarkadakı Panzermuseum East muzeyi kolleksiyasında saxladığı Sovet istehsalı hərbi texnikanın bir hissəsini Ukraynaya göndərib.
Sherg.az xəbər verir ki, ilk tədarükə BMP-1 zirehli döyüş maşını və SNAR-10 radar sistemi ilə təchiz edilmiş MT-LB daxil olub.

Muzey rəhbərliyi bildirib ki, Ukraynaya daha çox texnika göndərilməsi də mümkündür. Bu addım Avropadakı hərbi muzeylərin Ukraynaya dəstəkdə iştirakının yeni nümunəsi kimi qiymətləndirilir.