İran 15 bəndi qəbul etməyəcək

İran Pakistana münaqişənin həlli üçün ABŞ-nin təklif etdiyi 15 bəndi qəbul edə bilməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Al-Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilib ki, Tehran danışıqlar zamanı ABŞ-nin təklifləri ilə bağlı mövqeyini İslamabada çatdırıb və Pakistana sözügedən15 bəndi qəbul edə bilməyəcəyi barədə məlumat verib.