İran Quru Qoşunlarının komandanı: Düşməni yeni silahlarla qarşılamağa hazırıq

“İran Quru Qoşunları yeni avadanlıq və silahlardan istifadə etməklə istənilən təhlükəyə uyğun olaraq düşmənə qarşı hərəkət üçün konkret əməliyyat planlarına malikdir”.

Teleqraf xəbər verir ki, bunu İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi deyib.

“Təcavüz və hücum baş verəcəyi təqdirdə, ölkənin təhlükəsizliyini təhdid edən qüvvələrin bütün mövqeləri və bazaları Quru Qoşunları bölmələrinin dronları və artilleriyasının atəş məsafəsində olacaq”, - o bildirib.

Cahanşahi iddia edib ki, İran ordusunun istənilən təhdidə cavabı sürətli, dəqiq və peşmanedici olacaq.