İrana qarşı əməliyyatlarda təxminən 140 ABŞ hərbçisi yaralanıb

Pentaqon İrana qarşı əməliyyatlarda bu günə qədər təxminən 140 ABŞ hərbçisinin yaralandığını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Pentaqonun açıqlamasına görə, bunlar əsasən yüngül xəsarətlərdir.

Yaralanan hərbçilərdən 108-inin artıq xidmətə qayıtdığı bildirilir.