İranda Çinlə sazişdən narahat olanların sayı artır
09:56 22.04.2021
Dünya
613
“Çinlə İran arasında strateji tərəfdaşlıq əlaqələri güclənir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib.
Analitik qeyd edib ki, bu əlaqələr içərisində hərbi əməkdaşlığın da xüsusi yeri var:
“Məsələn, Çin mətbuatı yazır ki, İran Çindən 36 döyüş təyyarəsi almaq istəyir. Ancaq bunun üçün İranın kifayət qədər maliyyəsi yoxdur.
Çin mətbuatında BMT-nin Tehrana qarşı 13 illik silah embarqosunun 2020-ci ilin oktyabrında bitməsindən sonra İranın J-10 təyyarələrinə marağı barədə xəbərlər yayılıb. BMT-nin tətbiq etdiyi embarqo İrana tanklar və döyüş təyyarələri kimi xarici silahlar almağı qadağan edirdi.
Pekində elm və texnologiya institutu kimi fəaliyyət göstərən “Yuan Wang” düşüncə mərkəzinin tədqiqatçısı Zhou Chenmingin fikrincə, son illərdə İranın rəsmi valyutası olan rialın dəyərdən düşməsi bu ölkənin hesablaşmalarında çətinliklər yaradıb:
“Əsas problem İranın Çinə dollar və ya avronu nağd şəkildə ödəyə bilməməsidir, silah mübadiləsi üçün neft və təbii qazdan istifadə etməyi üstün tuturlar”. İran Çinlə alış-verişdə barterə üstünlük verir, yəni neft əvəzinə hərbi texnika almaq istəyir. Pekin isə bu məsələdə tərəddüd edir. Çinə barter lazım deyil. Çinin enerji resurslarını almaq üçün kifayət qədər maliyyəsi var.
Çinli hərbi analitiklər deyirlər ki, indi neftlə silah mübadiləsi etməyin vaxtı deyil. Çin hərbi texnikanın satışından gəlir əldə etmək istəyir. Şanxaylı hərbi ekspert Ni Lexionqun sözlərinə görə, Çin ilə ABŞ arasında 2018-ci ildən başlayan ticarət müharibəsindən və davam edən COVID-19 pandemiyasından sonra Çin iqtisadi gücünü daha da artırmağa çalışır:
“İqtisadi böhranla qarşılaşdıqda daha çox nağd pul və xarici valyuta saxlamaq həmişə prioritetdir. Mövcud iqtisadi geriləmələr fonunda Çinin bu qədər xam neftə ehtiyacı yoxdur, neft və qazın qiymətləri günbəgün azalır” ”.
E.Şahinoğlu vurğulayıb ki, Çinlə İran arasında imzananan 25 illik strateji əməkdaşlıq müqaviləsi də diqqət mərkəzindədir:
“İranda bu sazişə qarşı etirazlar getdikcə artır. İranın müxtəlif peşə sahiblər petisayalara imza ataraq Çinlə imzalanan sazişin əleyhinə çıxırlar. Onlar düşünürlər ki, bu saziş İranı Çindən asılı vəziyyətə gətirəcək.
Məsələnin qaranlıq tərəfi həm də odur ki, sazişin mətni açıqlanmayıb, yalnız ümumi istiqamətlər göstərilib. Bəllidir ki, Çin siyasi və iqtisadi dvidentlərini hesablanmayan heç bir sazişə imza atmaz. Deməli, Pekin bu dvidentləri hesablayıb ki, İranla 25 illik strateji əməkdaşlıq sazişi imzalayıb. İrandakı etirazçıları narahat edən də məhz budur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol