İrandan İsrailə: Hücuma cavab vermək hüququmuzu özümüzdə saxlayırıq
Yusif Nəzərli
19:52 20.01.2024
Dünya
447
İran İsrailin Suriyanın paytaxtı Dəməşqə hücumu zamanı əsgərlərinin öldürülməsinə görə "uyğun vaxt və yerdə cavab vermək hüququnu özündə saxladığını" açıqlayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi tərəfindən yazılı açıqlamada fikirlərinə yer verilən nazirliyin sözçüsü Nasser Kenani, İsrailin Suriyanın paytaxtı Dəməşqə hücumunu pisləyib.
Kenani “İsrailin Suriyanın suverenliyi və ərazi bütövlüyünü dəfələrlə pozması və Suriyadakı müxtəlif hədəflərə qarşı təcavüzkar və təxribat xarakterli hücumları artırması onun öz zəifliyini və acizliyini göstərir” kimi qiymətləndirib.
Təl-Əvivin Dəməşqə hücumunu “cinayət və terror aktı” olaraq xarakterizə edən Kenani qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası başda olmaqla, bütün ölkələr və regional və beynəlxalq təşkilatlar hücuma reaksiya verməli və qınamalıdırlar.
İran əsgərlərinin Suriyada “Suriya hökumətinin rəsmi dəvəti ilə hərbi məsləhətçi kimi” olduqlarını iddia edən Kenani, “Onlar bu ölkədə (Suriya) sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynayıblar və oynamaqda davam edirlər” deyib.
Kenani bildirib ki, İsrailin İran əsgərlərini öldürməsi Təl-Əvivin bölgədəki bəzi terror təşkilatları və DEAŞ terror təşkilatı ilə dərin əlaqəsini açıq şəkildə göstərir.
Tehranın bu hücumu siyasi, hüquqi və beynəlxalq müstəvidə davam etdirəcəyini vurğulayan Kənani, İranın “uyğun yerdə və zamanda cavab vermək hüququnu özündə saxladığını” vurğulayıb.
Suriyanın SANA xəbər agentliyi İsrailin Dəməşqin Mezze bölgəsində mülki yaşayış məntəqəsini hədəf aldığını açıqlayıb.
İran İnqilabı Keşikçiləri Korpusu yazılı açıqlamada İsrailin Suriyanın paytaxtı Dəməşqə hücumu nəticəsində 4 üzvünün öldürüldüyünü açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm