İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin şəxsi məlumatlarını ələ keçirib

İranın "Xanzala" haker qrupu Fars körfəzində yerləşən ABŞ dəniz piyadalarının məlumatlarını ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "Pars Today" qəzeti məlumat yayıb .

"Biz ABŞ dəniz piyadalarının bütün məlumatlarnı ələ keçirmişik. Əlləri Minab məktəblilərinin qanına batmış siz terrorçulardan qisas alacağıq. Sizə dərhal ailələrinizlə əlaqə saxlamağı və vidalaşmağı məsləhət görürük".