
İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY
Yusif Nəzərli
05:46 17.01.2025
Dünya
658
Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər
Ermənistan Rusiyaya nota verib. Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb isə Rusiyada yayımlanan “Vesti nedeli” proqramı olub. Ermənistan tərəfinin iddiasına görə, proqram zamanı respublikanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn fikirlər səsləndirilib. Proqramda yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilməsinə İrəvan narazılıq edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz adlandırıb: "Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də, hazırkı Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bu, birincisi. İkincisi isə bizim rəsmi mövqeyimiz rəsmi İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik, o cümlədən brifinqlərimizdə...Biz ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokdan çıxarılmasından danışırıq. Hər şeydən öncə burada söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 (10) noyabr 2020-ci il üçtərəfli bəyanatdan gedir. Həmin bəyanatda hər şey (o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəa - red.) dəqiq şəkildə qeyd olunub. Mən həmin bəyanatın bu hissəsini dəfələrlə səsləndirmişəm, bunu indi bir daha edəcəm". Rusiya XİN sözçüsü xatırladıb ki, həmin bəyanatda regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan Respublikasının Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməsi, bu marşrut üzrə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Xidmətinin həyata keçirməli olduğu qeyd edilib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, ümumiyyətlə, son dönəmlərdə Rusiya-Ermənistan münasibətlərinin normal olmadığı bəllidir. Siyasi şərhçi bildirib ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən, xüsusən 44 günlük müharibədən sonra ikitərəfli əlaqələr pisləşməyə doğru gedib:

"Hər gün iki dövlət arasında münasibətlərin pozulmasının şahidi olmaqdayıq. Ermənistanın KTMT və MDB sammitlərində iştirak etməməsi, rus sərhədçilərinin ölkədən çıxarılması və digər neqativ məqamlar iki ölkə arasında ciddi konfliktə səbəb olub. Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi daha birmənalıdır. Yəni İrəvan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, dəhlizə Rusiyanın nəzarət etməsini istəmir. Görünür, İrəvanın notası və sərt reaksiyası da birbaşa Rusiya faktoru ilə əlaqədardır. Bu da daha çox iki ölkə arasındakı məsələdir. Azərbaycanı maraqlandıran əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Paşinyan hökuməti səmimi olaraq Zəngəzur dəhlizinin açılmasını istəyirsə, sadəcə, Rusiyanın nəzarət məsələsinə qarşı çıxırsa, Azərbaycanla əməkdaşlıq etməklə dəhlizin açılması və tam təhlükəsizlik şəraitdə fəaliyyəti istiqamətində çalışmalıdır. Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ona görə də ABŞ, Avropa İttifaqı, Rusiya və beynəlxalq təşkilatlarla bu məsələnin müzakirəsini davam etdirir. Ermənistan da bu məsələdə səmimi olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə