
İsrailin nüvə silahına əl atması regionda çox ciddi problemlər yaradar - RƏY
Yusif Nəzərli
09:16 10.11.2023
Dünya
753
Bu addım təkcə İsrail və ərəb ölkələri arasında yox, beynəlxalq qarşıdurmaya səbəb ola bilər
İsrail nüvə silahı daxil olmaqla, bütün vasitələrlə özünü müdafiə edə bilər.
Bu sözləri israilli tarixçi, futuroloq Yuval Noah Harari deyib.
“Region görünməmiş səviyyədə təhlükə qarşısındadır. Nəzəri baxımdan nüvə savaşına 24 saat qalır. Çünki Hizbullah və İranın digər müttəfiqlərinin İsrailə onminlərlə raket atacağı kifayət qədər real görünür. Bu baxımdan İsrail nüvə silahı da daxil olmaqla, bütün vasitələrlə özünü qoruya bilər. Təhlükəli durumdur”, - deyə o bildirib.

Açıqlamanı "Sherg.az"a şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Yaxın və Orta Şərq daim münaqişə ocağı olub:
"Şərqdə ən böyük münaqişə 1980-1988 ci illərdəki İran və İraq arasındakı müharibədir. Ondan sonrakı dövrdə Livandakı "Hizbullah"la İsrail arasındakı münaqişə fonunda son 40 ilin ən genişmiqyaslı toqquşmaları oldu. Son zamanlar HƏMAS-la İsrail arasında baş verən müharibə isə regionda gərginləşən maraqların göstəricisidir. Ümumiyyətlə HƏMAS anti-Qərb və anti-İsrail qüvvələri təmsil edir. HƏMAS-ın ən böyük dəstəkçisi də İran hakimiyyətidir. Həmçinin regiondakı HƏMAS, Husi, Hizbullah və.s kimi təşkilatlar Tehran tərəfindən maliyyələşdirilir. HƏMAS lideri İsmail Haniyənin İrana səfəri və Ali lider Ayətullah Xamenei ilə görüşü də bunu təsdiqləyir".
Analitik əlavə edib ki, İsrailin nüvə silahından istifadə etməsi tez-tez vurğulanır:
"Lakin düşünürəm ki, bunun üçün hələ zaman yetişməyib. Ümumiyyətlə İsrailin nüvə silahına əl atması regionda çox ciddi problemlər yaradar. Yəni bu addım təkcə İsrail və ərəb ölkələri arasında yox, beynəlxalq qarşıdurmaya səbəb ola bilər. Həmçinin bu vəziyyət Rusiyanın da Ukrayna savaşında taktiki nüvə silahından istifadəsinə yol aça bilər. Belə bir hadisə isə dünyada nüvə silahlarının istifadəsi üçün zəmin hazırlayar. Ona görə də indiki şəraitdə İsrailin nüvə silahından istifadə edəcəyini düşünmürəm. Digər tərəfdən hələ ki, İsrailin İranyönümlü qüvvələrə cavab verməyə gücü kifayət edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya