Möhsün Rzayi: Vaşinqtonun Tehranla dialoqda ritorikası dəyişib

İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Möhsün Rzayi ABŞ-ın Tehranla dialoqda tonunu dəyişdiyini bildirib. Bununla belə, İran tərəfi ABŞ-ın vitse-prezidenti Cey Di Vensin məktubuna hələ cavab verməyib.

“Onların tonu dəyişib... Mən hələ ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməmişəm”, -deyə Rzayi İran dövlət televiziyasının efirində bildirib.

Sherg.az xəbər verir ki, bundan əvvəl “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən yazmışdı ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Prezident Donald Trampın tapşırığı ilə Rzayiyə məxfi məktub göndərib.

Nəşrin məlumatına görə, Vens İranla sülh danışıqlarının bərpası perspektivlərini öyrənməyə və noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra ABŞ-ın İran ərazisinə yeni genişmiqyaslı zərbələr endirməsinin qarşısını almağa çalışıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrandakı obyektlərə zərbələr endirməyə başlayıb. Tehran buna cavab olaraq öz zərbələrini həyata keçirib. İyunun ortalarında İran və ABŞ hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalasa da, sonradan tərəflər yenidən zərbələr mübadiləsi aparıblar. Münaqişə indiyədək həllini tapmayıb.