Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra İstanbulda Fənər Rum Pravoslav Patriarxlığını ziyarət edib.
Sherg.az xəbər verir ki, Zelenski İstanbulun Fatih rayonunun Balat məhəlləsində yerləşən patriarxlıqda Fənər Rum Patriarxı I Varfolomey ilə təxminən bir saat davam edən qapalı görüş keçirib.
Görüşdən sonra Zelenski və Patriarx I Varfolomey jurnalistlər qarşısına çıxaraq kameralar qarşısında görüntü veriblər.
Ukrayna Prezidenti daha sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri altında patriarxlığı tərk edib.