İtaliyalı məşhur pianoçu və müğənni Peppino Di Kapri 86 yaşında vəfat edib.
Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, iyulun 27-də qeyd edəcəyi 87-ci doğum gününə cəmi bir neçə həftə qalmış vəfat edib.
Peppino Di Kapri İtaliya estradasının və Neapol musiqisinin ən tanınmış simalarından biri hesab olunurdu. O, yaradıcılıq fəaliyyətinə caz və tvist ifaçısı kimi başlayıb, 1960-cı illərdə isə "Champagne", "Roberta" və "E mo e mo" kimi hit mahnılarla böyük şöhrət qazanıb.
Müğənni 1967-2005-ci illərdə Sanremo Musiqi Festivalında 15 dəfə iştirak edib və 1973-cü, eləcə də 1976-cı illərdə festivalın qalibi olub.