Kaya Kallas ABŞ-nin Rusiya ilə bağlı qərarından narazıdır

Avropa İttifaqı ABŞ-nin Rusiyadan dizel yanacağının idxalına tətbiq edilən məhdudiyyətləri dayandırmasından narazıdır.

Sherg.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində bildirib.

Kallasın sözlərinə görə, bu qərar Rusiyaya əlavə gəlir qazandıraraq onun hərbi imkanlarını gücləndirə bilər. O qeyd edib ki, Aİ oktyabrın 12-də Lüksemburqda keçiriləcək xarici işlər nazirlərinin görüşündə Rusiyaya qarşı 22-ci sanksiyalar paketini müzakirə edəcək.

Yeni məhdudiyyətlərin Rusiyanın hərbi sənayesinə qarşı yönələcəyi bildirilir.