Kim Çen In Çinə gəldi

Şimali Koreya lideri Sədri Kim Çen In Pekinə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Kim Çen Inı Çinin paytaxtında Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun Rəyasət Heyətinin və Partiya Mərkəzi Komitəsinin Katibliyinin üzvü Say Si, partiyanın Siyasi Bürosunun üzvü və xarici işlər naziri Van Yi və Pekin meri İn Yun qarşılayıb.
Şimali Koreya lideri 6 ildən sonra Çinə yenidən səfər etməkdən şad olduğunu bildirib.