KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb

ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minalamağa başladığı barədə məlumat alıb.

APA xəbər verir ki, bu iddia ilə “CBS News”un müxbiri Cennifer Ceykobs çıxış edib.

"ABŞ kəşfiyyat agentlikləri İranın Hörmüz boğazının gəmiçilik dəhlizinə mina yerləşdirmək üçün addımlar atdığı barədə məlumat almağa başlayıb", - Ceykobs “X” hesabında yazıb.