NATO ABŞ ilə Avropa ölkələri arasında artan gərginlik fonunda illik sammitlərin keçirilməsindən imtina etməyi nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" Brüssel və Vaşinqtondakı mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, NATO son illərdə formalaşmış hər il sammit keçirmək təcrübəsini dayandırmaq imkanını araşdırır. Bu addımın 2027-ci ildə ABŞ Prezidenti Donald Tramp ilə "potensial gərgin görüşlərdən yayınmaq" məqsədi daşıdığı bildirilir.